London olimpiadasına biletlərin qiyməti açıqlandı
Lent.az-ın məlumatına görə, olimpiadanın təşkilat komitəsi ən bahalı biletin açılış mərasimi üçün nəzərdə tutulduğunu bəyan edib.
Onun qiyməti 2012 funt sterlinqdir. Ən ucuz biletlər isə müxtəlif idman növləri üzrə yarışlar üçün nəzərdə tutulub. Onların dəyəri 20 funtdur. Ümumilikdə 8,8 milyon bilet 2011-ci ilin əvvəllərində satışa çıxarılacaq. Hazırda bilet almaq istəyini olimpiadanın rəsmi saytında qeydiyyatdan keçmiş 1,5 milyon insan bəyan edib. İyulun 27-də baş tutacaq açılış mərasiminə biletlərin qiyməti isə 20,12 funtdan başlayacaq. Avqustun 12-də təşkil olunacaq bağlanış mərasimi üçün də ən ucuz bilet bu məbləğədir. Ən bahalısı isə 1500 funt dəyərindədir.
Yarışlara gəldikdə, ən bahalı bilet kişilərin 100 metr məsafəyə final qaçışı üçün nəzərdə tutulub – 725 funt. Olimpiadanın təşkilat komitəsinin sədri Pol Deyton bildirib ki, bəzi yarışlar London küçələrində keçiriləcəyindən, azarkeşlər pulsuz tamaşa edə biləcəklər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının oktyabrın 15-ə olan məzənnəsinə əsasən, 1 funt sterlinq 1,2824 manata bərabərdir.

Oxşar yazılar

Yurgen Klopp tarixin ən yaxşı məşqçisinin adını AÇIQLADI
1 iyul 2025 , 19:33
“Liverpul”un hücumçu üçün üç namizədi AÇIQLANDI
1 iyul 2025 , 18:54
İnsanabənzər robotların iştirak etdiyi ilk futbol turniri - VİDEO
1 iyul 2025 , 17:42
Sağalıb, bu axşam oynaya bilər
1 iyul 2025 , 16:28
Xabi Alonso yeni Modriçi tapdı
1 iyul 2025 , 14:39
Premyer Liqada futbolçu satışından ən çox pul qazanan hansı komandadır?
1 iyul 2025 , 12:39
"İnter" “Fluminense”yə məğlub oldu
1 iyul 2025 , 01:31