“Xocalı” futbol klubunda yeni təyinat olub.
Lent.az xəbər verir ki, Seyran Əbilov Bakıxanov qəsəbəsindəki məşq qrupuna məşqçi təyin edilib.
“İnter” , “Olimpik” , “Neftçi” , MOİK , AZAL klublarının aşağı yaş qrupları üzrə komandalarında çıxış edən S.Əbilov Azərbaycan millisinin U-17 və U-19 komandalarının da şərəfini qoruyub.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Ukrayna Fitnes Akademiyasını bitirən C kateqoriyalı 29 yaşlı məşqçi sonuncu dəfə “Sabah-2” komandasında köməkçi məşqçi vəzifəsində çalışıb. (AZƏRTAC)