“Survivor” yarışmasından ayrılan Pərviz Abdullayev DANIŞDI: "Bunu bir daha gördüm ki..." - FOTO
14 aprel 2020 11:36 (UTC +04:00)

“Survivor” yarışmasından ayrılan Pərviz Abdullayev DANIŞDI: "Bunu bir daha gördüm ki..." - FOTO

Azərbaycanlı idmançı Pərviz Abdullayev özünün Facebook səhifəsində “Survivor” yarışmasından ayrılandan sonra ilk dəfə paylaşım edib.

Lent.az xəbər verir ki, dəfələrlə dünya çempionluğu adını qazanan Pərviz Abdullayev paylaşımda, ona dəstək olanlara minnətdarlığını bildirib:

“Bütün məni sevən, mənə dəstək olan hər kəsi salamlayıram. Çoxdandır arzusunda olduğum “Survivor” yarışması mənim üçün gözəl bir macəra oldu. Yarışmada keçirdiyim zaman ərzində siz həmvətənlərimin və türk qardaşlarımın dəstəyini daim hiss etdim. Mənə qarşı olan daimi inamınızı bacardığım qədər doğrultmağa çalışdım, həm orada göstərdiyim performansla, həm də xarakterimlə. Orada türk dostlarımın mənə qarşı olan hörməti və sizin sevginiz sayəsində özümü heç də qəriblikdə hiss etmədim. Bunu bir daha gördüm ki, bütün addımlarımda mənə hər zaman dəstək olan, uğuruma sevinən, iki dövlət bir millət olaraq Azərbaycandan Türkiyəyə qədər uzanan böyük bir ailəm var. Bu yarışma mənə yaxşı dostlar qazandırdı. Onlara da yarışmada və şəxsi həyatlarında uğurlar arzulayır və bütün "Survivor" kollektivinə minnətdarlığımı bildirirəm. Siz əziz həmvətənlərimə də qəlbinizlə daim yanımda olub məni dəstəklədiyiniz üçün çox təşəkkür edirəm!”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6378

Oxşar yazılar

ÇL : 1/4 finalçılar müəyyənləşdi

ÇL: 1/4 finalçılar müəyyənləşdi

13 mart 2025 , 02:47
Maradonanın ölümü ilə bağlı məhkəmə BAŞLADI: 7 şübhəli var

Maradonanın ölümü ilə bağlı məhkəmə BAŞLADI: 7 şübhəli var

12 mart 2025 , 18:35
"Əl-Nəsr"in baş məşqçisi "Yuventus"u idarə edəcək

"Əl-Nəsr"in baş məşqçisi "Yuventus"u idarə edəcək

12 mart 2025 , 15:53
"Barselona" - "Benfika" oyunu iftara görə iki dəfə dayandırıldı

"Barselona" - "Benfika" oyunu iftara görə iki dəfə dayandırıldı

12 mart 2025 , 09:37
PSJ-dən əzmkar  qələbə

PSJ-dən əzmkar qələbə

12 mart 2025 , 02:53
Gözəl futbolçu çimərlik paltarında  FOTOLARINI   yaydı

Gözəl futbolçu çimərlik paltarında FOTOLARINI yaydı

11 mart 2025 , 19:32
Pol Poqba karyerasını davam etdirə  bilər

Pol Poqba karyerasını davam etdirə bilər

11 mart 2025 , 15:26
Məhəmməd Salah "Barselona"da oynayacaq

Məhəmməd Salah "Barselona"da oynayacaq

11 mart 2025 , 09:37