“Sumqayıt” – “Qəbələ” oyunu təxirə salındı - SƏBƏB
27 noyabr 2020 12:24 (UTC +04:00)

“Sumqayıt” – “Qəbələ” oyunu təxirə salındı - SƏBƏB

0

Azərbaycan Premyer Liqasında daha bir oyun təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, XI turun sabah keçirilməli olan “Sumqayıt” – “Qəbələ” oyunu baş tutmayacaq. 

Buna səbəb koronavirusa yoluxan bəzi futbolçuların yenidən testdən keçməsidir. Qeyri-müəyyən müddətə təxirə salınan oyunun tarixi ilə bağlı qərarı Peşəkar Futbol Liqası tərəfindən veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2159

Oxşar yazılar