“Hələ mübarizəyə nöqtə qoyulmayıb” - “Real”ın futbolçusu
27 fevral 2020 13:19 (UTC +04:00)

“Hələ mübarizəyə nöqtə qoyulmayıb” - “Real”ın futbolçusu

 

Madrid “Real”ının yarımmüdafiəçisi Kazemiro Çempionlar Liqasının 1/8 final mərhələsinin “Mançester Siti” ilə keçirilən ilk oyununu şərh edib. 

Lent.az-ın məlumatına görə, UEFA-nın rəsmi saytına danışan braziliyalı futbolçu doğma meydandakı məğlubiyyətə (1:2) toxunub.

“Düzdür, ilk görüşdə uduzduq. Amma mübarizəyə hələ nöqtə qoyulmayıb. Çox güclü komandaya qarşı 75 dəqiqə əla oynadıq. Son 15 dəqiqədə isə baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilmədik. Məhz bu məqamda “Mançester Siti” əvvəlcə hesabı bərabərləşdirdi, sonra önə keçdi. Cavab oyununda işimiz daha çox olacaq. Lakin bu, bizi qorxutmur”, - Kazemiro bildirib.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması martın 17-də Mançesterdə keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2034
avatar

Rizvan Babayev

Oxşar yazılar