İngiltərənin “Çelsi” klubu yayda iki futbolçusu ilə yolları ayırmağa qərar verib.
Lent.az-ın Britaniya mətbuatına istinadən məlumatına görə, söhbət Emerson və Viktor Mozesdən gedir.
London təmsilçisi hər iki oyunçunun transferindən ayrı-ayrılıqda ən az 30 milyon avro qazanmaq niyyətindədir. Klub rəhbərliyi həmin məbləğə isə sağ cinah müdafiəçisi almağı planlaşdırır.
Emerson “Çelsi”yə 2018-ci ildə, hazırda icarə əsasında “İnter”də çıxış edən Mozes isə 2012-ci ildə keçib.
Qeyd edək ki, bundan öncə “Çelsi”nin Villian, Pedro, Olivye Jiru və Villi Kabalyero ilə yeni müqavilə bağlamayacağı açıqlanmışdı.