Zaqatalada intihara cəhd hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə rayonun Muxax kəndində olub. 72 yaşlı Z. Abdullayeva sirkə turşusu içərək özünü öldürmək istəyib. O, daxili orqanların yanması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Xəstəxanaya gətirilərkən Z. Abdullayeva özündə olmayıb.
Faktla bağlı araşdırma aparılır.