Zaqatalada itkin düşən hindistanlı turistin sonuncu dəfə olduğu məkan məlum olub.
Lent.az turistun sonuncu dəfə olduğu ehtimal edilən komanın fotosunu əldə edib.
Həmin fotonu təqdim edirik:
Qeyd edək ki, Hindistan vətəndaşı, 29 yaşlı Kondaveeti Manikathinin mayın 12-də Zaqatala rayonunda otellərdən birindən çıxaraq geri qayıtmayıb. Onun dağlara qalxdığı bildirilir.
Manikant Kondaveetinin qardaşı Dxaran İnstaqram səhifəsində maraqla paylaşım edib.
Dxaran qeyd edib ki, qardaşının Google akkauntuna giriş əldə ediblər: “Mayın 13-ü onun sonuncu dəfə olduğu məkan barədə informasiya tapdıq. O, şəhərdən kənarda bir komadaydı. Bu, məni qorxutdu”.