Zaqatalada 6 otaqlı ev yanıb KÜL ÖLDU
17 may 2024 07:33 (UTC +04:00)

Zaqatalada 6 otaqlı ev yanıb KÜL ÖLDU

Zaqatalada 6 otaqlı fərdi yaşayış  evində  yanğın olub. 

Lent.az xəbər verir ki, yanğın hadisəsi mayın 16-ı axşam saat 22:38-də  rayonun Gözbarax   kəndində, kənd sakini  Cəlal Qurbanismayıl oğlu Məmmədova  məxsus, ümumi sahəsi 170 kv/m olan kürsülü birmərtəbəli 6 otaqdan ibarət  fərdi yaşayış evində baş verib. 

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və  şəxsi heyəti cəlb edilib.

Hadisə nəticəsində evin  dam örtüyünün yanar konstruksiyaları tam, üç otaq əşyaları ilə birlikdə, üç otağın isə tavanı yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14148
avatar

Oxşar yazılar