Zaqatalada gənc oğlan itkin düşüb.
Yaxınlarının Lent.az-a verdiyi məlumata görə, rayonun Danaçı kənd sakini, 19 yaşlı Aslan Makarov sentyabrın 12-də yaşadığı evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.
Aslan Makarovun ruhi xəstə olduğu bildirilir.