Yük və minik avtomobilləri  toqquşdu, xəsarət alanlar var -FOTO
10 may 2022 22:44 (UTC +04:00)

Yük və minik avtomobilləri  toqquşdu, xəsarət alanlar var -FOTO

0

Gəncədə üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

Lent.az APA-ya istinadla bildirir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov prospektində qeydə alınıb.

Hərəkətdə olan  "Hyundai" markalı yük maşını ilə "VAZ-2106" markalı minik avtomobili toqquşub. Qəza zamanı minik maşınında olanlar - 2000-ci il təvəllüdlü Arif Səmədov, 2002-ci il təvəllüdlü Asif Səmədzadə və onun qardaşı, 2004-cü il təvəllüdlü Vasif xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2524

Oxşar yazılar