Yük maşını ilə toqquşan mikroavtobusun sürücüsü KOMAYA DÜŞDÜ
31 iyul 2021 20:36 (UTC +04:00)

Yük maşını ilə toqquşan mikroavtobusun sürücüsü KOMAYA DÜŞDÜ

Yevlaxda yol qəzası baş verib. 

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlaxın Mərkəzi Xəstəxanasının yaxınlığından keçən magistral yolda baş verib. 

Kiçik tutumlu “Ford” markalı mikroavtobus “Shacman” markalı yük maşınına çırpılıb. 

Qəza nəticəsində mikroavtobusun sürücüsü, 1994-cü il təvəllüdlü Qəbələ rayon sakini Əzizli Vüsal Qüdrət oğlu ağır kəllə-beyin travması alaraq komaya düşüb. O, xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 

# 1845
avatar

Oxşar yazılar