Yük avtomobili evakuatordan aşdı, piyada...  -FOTO
04 noyabr 2022 02:25 (UTC +04:00)

Yük avtomobili evakuatordan aşdı, piyada... -FOTO

0

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfərin ayağı sınıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, Şamil Kamilov və Sakit Qocayev küçələrinin kəsişməsində qeydə alınıb.

Evakuatoru  idarə edən sürücü sükana nəzarəti itirib. Bu zaman evakuatorun üzərində olan yük avtomobili piyadanın üzərinə düşüb. Nəticədə piyada ağır xəsarət alıb. Bundan başqa idarəetmədən çıxan evakuator kəsişmədə olan “Opel” markalı maşına, daha sonra “Toyota” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində “Opel”in sürücüsü də xəsarət alıb.

Qəza nəticəsində Sakit Qocayev küçəsində tıxac yaranıb. Yol polisinin əməkdaşları nəqliyyatın hərəkətini tənzimləyiblər.
Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1879

Oxşar yazılar