Yollarda maşınlar arasında ara məsafəsi nə qədər olmalıdır? - CAVAB
03 avqust 2021 18:40 (UTC +04:00)

Yollarda maşınlar arasında ara məsafəsi nə qədər olmalıdır? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bugünki mövzusu hərəkətdə olan nəqliyyat vasitələri arasında saxlanılmalı olan ara məsafəsi ilə bağlıdır.

Aparılan müşahidələr göstərir ki, qəzaların başvermə səbəblərindən biri də, yollarda avtomobillər arasında ara məsafəsinin düzgün seçilməməsidir. Məsafə düzgün götürülmədiyi halda hətta ölümlə nəticələnən zəncirvari qəzalar da baş verə bilər. Məhz bu problemlə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi ötən gün sürücülərə müraciət edib. Müraciətdə sürücülərdən xahiş olunub ki, yollarda avtomobillər arasındakı məsafəyə diqqət yetirilsin.

Bu məsələdə əksəriyyəti maraqlandıran məqam isə tələb olunan ara məsafəsinin necə tənzimlənməsidir.

Bununla bağlı Lent.az-a danışan BDYP-nin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev bildirib ki, qanunvericilikdə konkret olaraq ara məsafəsi üçün rəqəm göstərilməyib: “Avtomobillər arasındakı məsafə ilə bağlı qanunvericilikdə konkret olaraq, tələb edilən rəqəm yazılmayıb. Amma sürücülər özləri müəyyən etməlidir ki, qəfil tormozlama zamanı qarşıdakı nəqliyyat vasitəsi ilə qəza yaranmasın. Bu məsafə yollardakı sürət həddi ilə birbaşa əlaqəlidir. Təbii ki, yüksək sürət zamanı tormozlama zonası uzun olur. Buna görə də, sürətli yollarda ara məsafəsi daha çox götürülməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3771
avatar

Mehman Nəbiyev

Oxşar yazılar