Yol dairəsində iki nəfəri avtomobil vurdu
30 iyun 2022 02:19 (UTC +04:00)

Yol dairəsində iki nəfəri avtomobil vurdu

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, qəza 4-cü mikrorayon dairəsində qeydə alınıb.

2000-ci il təvəllüdlü Əli Həsənov və 2002-ci il təvəllüdlü Pəri Qənbərova yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onları minik avtomobili vurub. Xəsarət alan piyadalar təcili tibbi yardım xidməti vasitəsi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
 

# 1245
avatar

Oxşar yazılar