05 avqust 2021 23:24 (UTC +04:00)

Yevlaxda avtoqəza: 3 nəfər xəsarət aldı

Yevlax rayonunda yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlax-Bərdə avtomobil yolunun 7-ci kilometrliyində baş verib.

"VAZ" və ilkin məlumata görə, "Chevrolet" markalı avtomaşınların toqquşması nəticəsində biri azyaşlı olmaqla üç nəfər xəsarət alıb. Xəsarət alan Yevlax sakinləri - 2019-cu il təvəllüdlü Cahid Əkbərzadə, 1978-ci il təvəllüdlü Rəşid Quliyev və 1987-ci il təvəllüdlü Quliyeva Gülər Ağakərim qızı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

# 813
avatar

Oxşar yazılar