Bakının Nərimanov rayonunda yol nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə metronun Koroğlu stansiyasının yaxınlığında baş verib.
Belə ki, 1949-cu il təvəllüdlü Rüstəmova Surəya Şəfi qızı yolu keçərkən onu minik maşını vurub.
Yaralı ağır bədən xəsarətləri alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Fakt üzrə Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.