Yaşlı kişi platformada qatar gözləyərkən  öldü
12 aprel 2022 08:35 (UTC +04:00)

Yaşlı kişi platformada qatar gözləyərkən öldü

Yaşlı kişi metroda qatar gözləyərkən dünyasını dəyişdi.

Bu barədə Lent.az-a  “Bakı Metropoliteni” QSC-nin  mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O, bildirib ki, saat 06:30-da Bakı şəhər sakini 1955-ci il təvəllüdlü Zülfəli Kazımov, "Əhmədli" stansiyasında qatar gözləyərkən vəfat edib.

Dərhal təcili tibbi yardım xidmətinə məlumat verilib və stansiyaya çağırılıb.

Onun ürəktutmasından öldüyü bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2413

Oxşar yazılar