Aprelin 15-i saat 15 radələrində Xızı rayonunun Yaşma kəndi ərazisində partlayış baş verməsi barədə məlumat daxil olub.
Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu dərhal hadisə yerinə çıxaraq zəruri hərəkətlər aparıb. İlkin araşdırma zamanı müəyyən edilib ki, partlayışa şəbəb Sumqayıt şəhər sakinləri 47 yaşlı Bəxtiyar Hüseynov, 44 yaşlı Xankişi Quliyev və 17 yaşlı Rəşad Əbilovun qeyd olunan ərazidə aşkar etdikləri mərmi başlığını götürməsi olub.
Hadisə nəticəsində Xankişi Quliyev və Rəşad Əbilov ölüb, Bəxtiyar Hüseynov isə müxtəlif xəsarətlər alıb.
Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.
***
Saat: 18:44
Xızıda partlayış olub.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Yaşma yaşayış ərazisində qeydə alınıb.
İlkin məlumata görə, iki mülki şəxs ölüb, bir mülki şəxs xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, araşdırma aparılır.