Xırdalanda gənc oğlan özünü körpüdən atmaq istədi - ANBAAN VİDEO  - YENİLƏNİB
31 iyul 2023 11:01 (UTC +04:00)

Xırdalanda gənc oğlan özünü körpüdən atmaq istədi - ANBAAN VİDEO - YENİLƏNİB

FHN körpüdən özünü atmaq istəyən şəxslə bağlı məlumat yayıb. 

Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə. Nazirliyin "112" qaynar telefon xəttinə, 1 nəfərin Abşeron rayonu, Xırdalan şəhərində Bakı-Sumqayıt avtomobil yolunda yerləşən yerüstü piyada keçidinin üzərinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub. 

Məlumatla əlaqədar dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər vətəndaşla yaxın məsafədən psixoloji söhbət aparmaqla yanaşı xilasetmə yastığı açaraq, zəruri təhlükəsizlik tədbirləri görüblər.

FHN-in xilasediciləri tərəfindən aparılan psixoloji söhbət nəticəsində vətəndaş intihar etmək fikrindən daşındırlıb.

***

saat 10:31

Xırdalanda özünü körpüdən atmaq istəyən şəxs xilas edilib. 

Lent.az xəbər verir ki, polis əməkdaşlarının və FHN xilasedicilərinin apardığı danışaqlardan sonra gənc oğlanı intihar etmək niyyətindən daşındırmaq mümkün olub. 

O, polisə aparılıb. 

***

saat 10:03

Xırdalanda intihara cəhd olub. 

Lent.az xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunda, Xırdalan qəbiristanlığının qarşısındakı yerüstü piyada keçidində qeydə alınıb. 

Gənc oğlan keçidin üstünə çıxaraq özünü atmaq istəyir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4773
avatar

Oxşar yazılar