Zakir Qaralovdan korrupsiyaya qarşı sərt bəyanat
14 fevral 2013 17:52 (UTC +04:00)

Zakir Qaralovdan korrupsiyaya qarşı sərt bəyanat

Fevralın 14-də baş prokuror Zakir Qaralovun sədrliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində əməliyyat müşavirəsi keçirilib. Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, baş prokuror qeyd edib ki, son illər prezident İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə korrupsiyaya qarşı mübarizə sahəsində mühüm qanunverici və praktiki tədbirlər həyata keçirilib, ölkə həyatının bütün sahələrində şəffaflığın artırılmasına istiqamətlənmiş institusional islahatlar aparılıb. İdarəyə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətlərinin verilməsi ilə bu sahədə prokurorluq orqanları qarşısında çox mühüm və məsul vəzifələr qoyulub. Bu səlahiyyətlər korrupsiya cinayətlərinin aşkar edilməsi, qarşısının alınması istiqamətində səmərəli nəticələr  əldə etməyə zəmin yaradıb. Lakin ölkənin güclü iqtisadi inkişafından qaynaqlanan amillərlə bağlı, ictimai həyatın bütün sahələrində yüksəliş dövrünü yaşayan respublikamızda iqtisadiyyatın inkişafına əsas maneələrdən olan korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin kəsərinin daha da artırılmasını, adekvat tədbirlərin  gücləndirilməsini, mübarizə üsullarının  daha da təkmilləşdirilməsini zəruri edib. Görülmüş işlər barədə hesabatla çıxış edən baş prokuror yanında  Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev korrupsiyaya qarşı mübarizə işinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini verib. Əməliyyat müşavirəsində çıxış edən idarənin aidiyyatı şöbələrinin rəisləri korrupsiyaya qarşı mübarizə istiqamətində fəaliyyətin səmərəliliyinin yüksəldilməsi ilə bağlı fikirlərini nəzərə çatdırıblar. Prioritet istiqamətlər müəyyən edilərək, vətəndaşların haqlı narazılığına səbəb olan və onların gündəlik rastlaşdıqları, o cümlədən yerli icra orqanları, bələdiyyə, sosial müdafiə, təhsil, səhiyyə, əmlak, gömrük, torpaq və digər qurumların fəaliyyətində mövcud olan korrupsiya hüquqpozmalarına qarşı mübarizə tədbirlərinin gücləndirilməklə kəsərinin artırılması, təsərrüfat subyektlərinin və sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə edən   şəxslərə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsinin vacibliyi qeyd olunub. Vətəndaşların üzləşdikləri korrupsiya hüquqpozmaları ilə əlaqədar idarəyə, o cümlədən «161-Qaynar xətt» əlaqə mərkəzinə daxil olmuş müraciətlərinə çevik və qanuna müvafiq qaydada dərhal baxılmaqla təxirəsalınmaz tədbirlərin görülməsi, korrupsiya hüquqpozuntularının aşkar edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, vətəndaşların pozulmuş hüquqlarının bərpa olunması istiqamətində səylərin artırılması əməkdaşlardan bir daha tələb edilib. Hüquq mühafizə orqanları, o cümlədən prokurorluq əməkdaşları tərəfindən korrupsiya hüquqpozmalarına yol vermiş əməkdaşlar barəsində   qanunvericiliklə müəyyən olunmuş ən ciddi tədbirlərin görülməsi, dövlət qulluqçularının, o cümlədən idarə əməkdaşlarının “Prokurorluq işçilərinin etik davranış Kodeksi”nə dönmədən əməl etməsi vacibliyi diqqətə çatdırılıb. Rəhbərlik etdikləri qurumlarda korrupsiya hüquqpozmalarının və vəzifəli şəxslərin yol verdikləri digər neqativ halların qarşını almağa və bununla əlaqədar tədbirlər görməyə rəhbər şəxslərin bilavasitə məsuliyyət daşımaları barədə Prezident İlham Əliyevin tapşırıqları xüsusi vurğulanmaqla dövlət orqanlarının daxili təhlükəsizlik, maliyyə-nəzarət və digər araşdırma funksiyalarını  həyata keçirən müvafiq xidmətlərinin məsuliyyət hissinin yüksəldilməsi, aşkar olunmuş korrupsiya hüquqpozmaları barədə materialların tədbir görülməsi üçün təxirəsalınmadan prokurorluğa göndərilməsinin zəruriliyi qeyd olunub. Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin strukturunun təkmilləşdirilərək korrupsiyaya qarşı mübarizənin günün tələbləri səviyyəsində aparılmasından ötrü daha da gücləndirilməsi istiqamətində  qısa müddət ərzində təkliflər hazırlanaraq səlahiyyətli orqanlara təqdim edilməsi, vəzifə səlahiyyətlərindən daha səmərəli istifadə olunması, korrupsiya cinayətlərinin aşkar edilməsi üçün  xüsusi təyinatlı müasir avadanlıq və qurğularla təchiz olunması, normativ-hüquqi aktların antikorrupsiya ekspertizasından keçirilərək korrupsiya hüquqpozmalarına yol açan müddəaların aradan qaldırılması üçün tədbirlərin görülməsi mühüm vəzifələr kimi müəyyənləşdirilib.

 

Əməliyyat müşavirəsinə yekun vuran baş prokuror prezident İlham Əliyevin siyasi iradəsinə və göstərdiyi yüksək etimada uyğun olaraq prokurorluq, o cümlədən Korrupsiyaya qarşı mübarizə idarəsi əməkdaşlarının korrupsiyaya qarşı mübarizə istiqamətində bütün səy və bacarıqlarını səfərbər edəcəkləri, bu sosial bəlaya qarşı ən qətiyyətli tədbirlərin görülməsinin təmin olunacağı, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin yeni müstəvidə aparılacağı, ixtisaslaşdırılmış qurum olan bu idarənin işinin ən yüksək tələblər səviyyəsində səmərəli təşkilinin təmin ediləcəyini bildirib.

 

Qeyd edək ki, fevralın 12-də "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda prezident İlham Əliyev dövlət və cəmiyyət üçün aktual olan bir çox məsələlərə toxunub. Dövlət başçısı yekun nitqində kompleks tədbirlərin həyata keçirilməsinə baxmayaraq, korrupsiyaya qarşı mübarizənin lazımi səviyyədə aparılmadığını qeyd etmiş və bu istiqamətdə işin  gücləndirilməsi barədə müvafiq tövsiyə və göstərişlər verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3464
avatar

Oxşar yazılar

Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05