Yevlaxda 3 yaşlı uşağın meyiti kanaldan çıxarılıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, İsmayılabad kəndində Şor kanalında batmış 2012-ci il təvəllüdlü Əkbərov Ayxan Əbülfət oğlunun axtarışları başa çatıb. Xilasedicilər A.Əkbərovun cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.