<b>Partlayışda ölənlər arasında Azərbaycan vətəndaşları varmı? - <span style="color:red;">XİN ARAŞDIRIR </b>
29 iyun 2016 09:54 (UTC +04:00)

Partlayışda ölənlər arasında Azərbaycan vətəndaşları varmı? - XİN ARAŞDIRIR

0

“İstanbulun Atatürk hava limanında törədilən partlayış nəticəsində ölən və yaralılar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığı araşdırılır”.

 

Bunu APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, hadisə zamanı zərərçəkənlərin arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını Azərbaycanın İstanbuldakı Baş konsulluğu Türkiyənin müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə araşdırır.

 

Qeyd edək ki, ötən axşam İstanbulun Atatürk hava limanında beynəlxalq uçuşlar terminalında üç terrorçu-kamikadze özünü partladıb. Hadisə yerinə gələn Türkiyənin baş naziri Binəli Yıldırım terror aktı nəticəsində 36 nəfərin öldüyünü, 147 nəfərin isə yaralandığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 367

Oxşar yazılar