Xəzərdə biri batıb, üç nəfər isə xilas edilib
16 iyul 2013 21:04 (UTC +04:00)

Xəzərdə biri batıb, üç nəfər isə xilas edilib

 İyulun 16-də Xəzərdə bir nəfər batıb, bir neçə nəfər isə suda batmaq təhlükəsi ilə üzləşib.

 

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşən bir nəfər dalğıc-xilasediciləri tərəfindən xilas olunub.  

 

Xəzər rayonunda (“Zuğulba-3” sularda xilasetmə məntəqəsinin ərazisində) bir nəfər batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş dalğıc-xilasediciləri tərəfindən xilas olunub.  

 

Sabunçu rayonunda (“Bilgəh” sularda xilasetmə məntəqəsindən 100 metr solda, tikinti aparılan nəzarətsiz ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşən bir şəxs dalğıc-xilasediciləri tərəfindən xilas olunub.  

 

Qaradağ rayonunda dənizdə (nəzarət olunmayan ərazidə) 25-30 yaşlarında olan bir nəfərin batması barədə məlumat daxil olub. FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri dərhal əraziyə cəlb olunub və axtarışlara başlayıblar. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 496

Oxşar yazılar