Ukraynanın iqtidar qəzetində arzuolunmaz reportaj
04 dekabr 2013 17:03 (UTC +04:00)

Ukraynanın iqtidar qəzetində arzuolunmaz reportaj

İrina Kovalçuk: “Qarabağ ermənilərinə tərs olduqlarına görə, “eşşək” deyirlər”

 

Ukraynanın “Seqodnya” qəzetində qondarma “Dağlıq Qarabağ Respublikası” ilə bağlı reportaj dərc  olunub. “Strana Artsax” (Artsax ölkəsi) başlıqlı reportajın müəllifi jurnalist İrina Kovalçukdur.

 

Azərbaycan Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslərin siyahısında adı olan İrina Kovalçuk keçən ayın sonlarında Dağlıq Qarabağa gedərək oradan reportaj hazırlayıb. Başdan ayağa uydurma tarixi faktlar əsasında yazılan reportajda Qarabağda yaşayan əslən azərbaycanlı bir qadınla müsahibə də yer alıb.   

 

Qarabağın erməni torpağı olduğunu iddia edən İrina Kovalçuk yazır: “Böyük Ermənistanın 9-cu əyaləti olan “Artsax” - fars dilindən tərcümədə “qara bağ” deməkdir. Dağlıq ərazidə yerləşən yüzlərlə kəndi və 9 şəhəri özündə birləşdirən ərazidə 140 min nəfər əhali yaşayır. Bu o ərazi və yaşayış məntəqələridir ki, bunun üçün dünyanın müxtəlif yerlərində yaşayan milyonlarla erməni vuruşmağa hazırdır. “Artsax - bizim dünyaya pəncərəmizdir. Bu məkan dünyaya səpələnən 12 milyon ermənini birləşdirib. Bura bizim evimizdir, hansı ki,  20 il bundan əvvəl də sona qədər vuruşmağa hazır idik” - deyə mənim yol yoldaşım Tiqran bildirir. Tiqran 1991-ci ildə dünyanın müxtəlif yerlərindən müharibədə iştirak etmək üçün İrəvana gələn erməniləri yaxşı xatırlayır”.

 

İrina Kovalçuk reportajında artıq ikinci dəfədir ki, Dağlıq Qarabağda olduğunu qeyd edir. Şuşa şəhərinə getdiyini yazan müəllif bildirir ki, azərbaycanlıların bir vaxtlar yaşadıqları evlər indiyə qədər də boşdur.  

 

Daha sonra münaqişənin tarixi haqqında məlumat verən müəllif yenə də faktları saxtalaşdırır. Belə ki, 1923-cü ildə Dağlıq Qarabağın Azərbaycan SSRİ-nin tərkibinə verildiyini yazan İ. Kovalçuk 1992-ci ilin 6 yanvarında “DQR” Ali Sovetinin müstəqillik deklorasiyası qəbul etdiyini bildirir

 

Dağlıq Qarabağda yaşayan ermənilərin həyat tərzindən bəhs edən müəllif bildirir ki, oğlanlara birini sinifdən avtomatı yığıb-sökmək öyrədillir: “Məktəblərin tədris proqramında hərbi hazırlığa geniş yer verilib. Erməni kişiləri hər an müharibəyə hazırdılar. Lakin bununla belə, onlar 2025-ci ilə qədər gözləməyin vacib olduğunu bildirirlər. Guya həmin ildə Azərbaycanda neft ehtiyatı qurtaracaq və müharibə etmək Bakıya sərf etməyəcək.

 

İ. Kovalçuk yazır ki, Qarabağ ermənilərinə tərs olduqlarına görə, “eşşək” də deyirlər. Müəllif bu deyimin Qarabağ müharibəsi vaxtı jurnalistlərin Arsen adlı erməni əsgərdən “Siz nə üçün bir addım belə geri çəkilmirsiniz, mövqelərinizi əldən vermirsiniz?. Bunun sirri nədədir?” sualına ermənin “Biz Qarabağ eşşəkləri geri getmirik” deyə cavabından qaldığını yazır.

 

Qondarma “DQR”-lə hava əlaqəsinin olmadığını yazan ukraynalı jurnalist bildirir ki, amma Qarabağda aeroport artıq hazırdır: “Hava limanının binasının inşası bitib. Eniş-uçuş zolağı bərpa olunub. Aeroport böyük təyyarələri belə qəbul etmək imkanına malikdir. Hava limanının tikintisinə 5 milyon ABŞ dolları xərclənməsinə baxmayaraq, Qarabağ erməniləri dağlardakı sakitliyi təyyarə motorunun səsi ilə pozmağa risk eləmirlər. Birincisi rəsmi Bakının müttəfiqi Türkiyə İrəvanı hava məkanı bağlayacağı ilə hədələyib. İkincisi isə, rəsmi Bakı da aeroportdan qalxan təyyarələri vuracağı ilə hədələyib”.

 

Qarabağın zəngin təbiəti olduğunu qeyd edən İ. Kovalçuk ermənilərin bu təbiətdən lazımınca istifadə etdiklərini qeyd edib: “Qızıl yataqları istismar olunur. Bölgənin geoloji resurslarının işlənilməsi üçün vaxtı ilə SSRİ-nin geologiya naziri olmuş Qriqori Qabrielyants Moskvadan Xankəndinə köçərək orda yaşayır. “DQR”-də orta aylıq əmək haqqı 250-300 dollar təşkil edir. Dünyadakı bütün varlı ermənilər Qarabağa sərmayə yatırır, öz bizneslərini açırlar. Dünyaca ünlü “Versace” firması da Qarabağda fabrikini açmaq istəyib, lakin Azərbaycan lobbisi buna imkan verməyib. “DQR”-dəki konserv zavodunun direktoru Frut Mirzoyan bildirir ki, Azərbaycan lobbisi Ukraynaya konserv ixrac eləməmizə də əngəl törədib”.

 

Ukraynalı jurnalist Ağdam şəhərinin xarabalıqlarından da yazır. Onun sözlərinə görə, ermənilər müharibədən sonra bu şəhərdə heç nəyi bərpa etməyiblər: “Əhalisinin əsas hissəsi azərbaycanlılardan ibarət olan Ağdam müharibə vaxtı nə vəziyyətə salınıbsa, indi  də elə o vəziyyətdədir. Xarabalığı xatırladan Ağdamda ermənilər yaşayış evlərini sökərək, özləri üçün tikinti materialı kimi istifadə ediblər”.

 

Reportajın sonunda İrina Kovalçukun “Qarabağ azərbaycanlısı” adlı yazısı yer alıb. Həmin yazı hazırda Xankəndində yaşayan 60 yaşlı azərbaycanlı qadınla söhbət haqqındadır. Yazıda azərbaycanlı qadının kimliyi haqqında məlumat verilmir. Müəllif bunu həmin qadının təhlükəsizliyi ilə əlaqələndirir. Azərbaycanlı qadın ukraynalı jurnalistə Bakıda qohumlarının olduğunu, sonuncu dəfə iki il bundan qabaq Tiflisdə onlarla görüşdüyünü bildirib.

 

Qeyd edək ki, son zamanlar xüsusi ilə hakimiyyətə yaxın olan Ukrayna KİV-ləri ermənipərəst mövqedən çıxış edirlər. “Strana Artsaxa” adlı reportajın yayımlandığı qəzet də hakimiyyət yönlü mətbuat orqanıdır. Ukraynanın ən varlı iş adamı olan Rinat Axmetova məxsus olan bu qəzetdə tez-tez qondarma “DQR”-ə aid məqalələr çıxır.

 

“Ukrayna mətbuatı Dağlıq Qarabağ münaqişəsini çox az işıqlandırır və bu münaqişə haqqında Ukrayna KİV-i az məlumata malikdir.  Ona görə də, bu münaqişənin işıqlandırılmasına indi-indi başlanılıb”. Bunu Ukrayna Kütləvi İnformasiya İnstitutunun əməkdaşı, jurnalist və publisist Roman Kabaçiy bildirib. Onun sözlərinə görə,  Ukrayna elə bir ölkədir ki. onu qonşuluğunda nələrin baş verdiyi az maraqlandırır: “Lakin hakimiyyət yönlü Ukrayna mətbuatında Qarabağla bağlı belə bir reportajın dərc olunması, həmin mətbuat orqanının Rusiyanın təsiri altında olduğunu göstərir. “Seqodnya” qəzetinin siyasəti Rusiya istiqamətlidir. Bu qəzet Ukraynanın Avrointeqrasiya siyasətinə də qarşı çıxır”.

 

Fərid Əkbərov, Kiyev

 

  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 803
avatar

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10