Üç maşın toqquşdu, yaralı var
18 avqust 2013 16:49 (UTC +04:00)

Üç maşın toqquşdu, yaralı var

Bakıda üç avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yol qəzası bu gün səhər saatlarında Azadlıq prospektində, Koroğlu parkının qarşısında qeydə alınıb.

“Mercedes”, “BMW” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər, “VAZ-2107” markalı avtomobilin sürücüsü ağır xəsarət alıb. Yaralı hadisə yerinə çağırılmış təcilli tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Baş vermiş hadisə ilə bağlı Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1672

Oxşar yazılar