Türkiyənin meşə və su işləri naziri Azərbaycana gəlir
09 aprel 2013 10:50 (UTC +04:00)

Türkiyənin meşə və su işləri naziri Azərbaycana gəlir

 

Türkiyə Respublikasının meşə və su işləri naziri Veysəl Əroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti 10-13 aprel tarixlərində Azərbaycana səfər edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfərin məqsədi Azərbaycan Respublikası və Türkiyə Respublikası hökumətləri arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq məsələlərinin müzakirə edilməsidir.

Səfər çərçivəsində nümayəndə heyətinin Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüşü nəzərdə tutulur. Səfər zamanı ətraf mühitin mühafizəsi sahəsində ümumi əməkdaşlıq məsələləri, su ehtiyatlarının və meşələrin idarə olunmasının günün tələbləri səviyyəsində təşkili və birgə layihələrin həyata keçirilməsi, Xəzər və Qara dənizlərin ətraf mühitinin qorunması, 25 oktyabr 2011-ci il tarixində Azərbaycan Respublikası və Türkiyə Respublikası Hökumətləri arasında imzalanmış meşə təsərrüfatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumundan irəli gələn məsələlərin müzakirəsi planlaşdırılır.

Bundan əlavə, səfər zamanı nümayəndə heyətinin 11-13 aprel 2013-cü il tarixlərində “Bakı Ekspo” mərkəzində təşkil olunacaq Xəzər Beynəlxalq Su Texnologiyaları (“CATEF-2013”) sərgi və forumunda iştirakı da nəzərdə tutulur. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 419
avatar

Oxşar yazılar