Türkiyədən Bakıya beşbarmaq gətirib
05 oktyabr 2015 12:51 (UTC +04:00)

Türkiyədən Bakıya beşbarmaq gətirib

0

Antalya-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı Vüqar Əliyev gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən onun baqajı rentgen aparatı vasitəsilə yoxlanılıb və monitorda “beşbarmağ”a bənzər əşyanın təsviri görünüb. Lent.az Gömrük Komitəsinə istinadən xəbər verir ki, həmin baqaja təkrar baxış zamanı V.Əliyevə məxsus çantanın içərisindəki şəxsi əşyaların arasından 1 ədəd metaldan hazırlanmış “beşbarmaq” aşkar olunaraq götürülüb.

 

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən həmin əşya “beşbarmaq” tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır və təyinatı üzrə istifadəyə yararlıdır.

 

Faktla bağlı təhqiqat aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar