Torpaq üstündə məmuru öldürmək istəyən şəxs MƏHKƏMƏ QARŞISINDA
08 yanvar 2018 12:52 (UTC +04:00)

Torpaq üstündə məmuru öldürmək istəyən şəxs MƏHKƏMƏ QARŞISINDA

Quba Rayon İcra Hakimiyyətinin şöbə müdiri Nizaməddin Əmrullayevi öldürməyə cəhddə təqsirləndirilən Şakir Mədətovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Zərərçəkmiş şəxs məhkəmədə iştirak etməyib.

 

 

Məhkəmə baxışı yanvarın 18-ə təyin edilib.

 

Qeyd edək ki, hadisə ötən il Quba rayonunda baş verib. Quba Rayon İcra Hakimiyyətinin şöbə müdiri Nizaməddin Əmrullayev bir neçə bıçaq zərbəsi alıb. Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Şakir Mədətov İkinci Nügədi kənd sakinidir.

 

Hadisə elə həmin kənddə baş verib. Belə ki, icra hakimiyyətinin şöbə müdiri də həmin kəndin sakinidir və bu iki həmkəndli arasında torpaq sahəsi üstündə mübahisə düşüb. Nəticədə Mədətov Əmrullayevi bıçaqlayıb.

 

Cinayət işinin materiallarında göstərildiyinə görə, Mədətov meşəlik ərazidə istirahət mərkəzi işlədirmiş. Həmin əraziyə yaxın yerdə şöbə müdirinin də obyekti olub. Mübahisə də bu səbəbdən başlayıb.

 

Ş.Mədətov Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 489
avatar

Səlcuq Elçin

Oxşar yazılar