Taxıl sahələrində bir gündə iki yanğın
02 iyun 2013 22:43 (UTC +04:00)

Taxıl sahələrində bir gündə iki yanğın

Cəlilabad rayonunda bazar günü iki yanğın hadisəsi baş verib.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cəlilabad Rayon Yanğından Mühafizə hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, birinci hadisə saat 15.30 radələrində Cəlilabad şəhəri ərazisində yerləşən taxıl və otlaq sahələrində  qeydə alınıb.

 

 Yanğın nəticəsində 2 hektar biçilmiş, 1 hektar biçilməmiş taxıl sahəsi və 2 hektar otlaq sahəsi yanaraq yararsız vəziyyətə düşüb. İkinci yanğın hadisəsi isə saat 19.00 radələrində rayonun Uzuntəpə kəndi ərazisindəki taxı zəmilərində baş verib.  Yanğın nəticəsində 5 hektar taxıl sahəsi yanıb.

 

Hər iki hadisə zamanı yanğınsöndürənlər yanğının əhatə dairəsinin genişlənməsinin və digər bişilməmiş taxıl sahələrinə keçməsinin qarşısını alıblar.

 

Faktla bağlı FHN-nin Cəlilabad Rayon Yanğından Mühafizə hissəsində araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 642

Oxşar yazılar