
Tanınmış cərrah işdən çıxarıldı - Nazirdən sərəncam
Millət vəkili, Azərbaycanın tanınmış cərrahı Rəşad Mahmudov Bakı Ürək Mərkəzinin rəhbərliyindən uzaqlaşdırılıb.
Lent.az BakuPost-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə naziri Oqtay Şirəliyev dünən sərəncam imzalayıb.
Xəbəri Rəşad Mahmudovun özü təsdiqləyib. Onun sözlərinə görə, Bakı Ürək Mərkəziylə bağladığı müqavilənin müddəti mayın 18-də bitib. Müqavilənin müddəti artırılmadığına görə onun işinə xitam verilib.
Qeyd edək ki, son vaxtlar Rəşad Mahmudov səhiyyə naziri vəzifəsinə iddialı şəxs kimi təqdim edilirdi.
Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində "Ürək Mərkəzi” ötən ilin may ayında yaradılıb. Mərkəzə həmin gündən Rəşad Mahmudov rəhbərlik edirdi.
Oxşar yazılar

Serial təcavüzkar və qatil 57 ildən sonra həbs edildi
1 iyul 2025 , 15:13
Azər Zahid ev dustaqlığına buraxıldı
1 iyul 2025 , 14:58Kinostudiyadakı partlayışla bağlı birgə MƏLUMAT
1 iyul 2025 , 14:52“Sputnik Azərbaycan” işinə görə cinayət işi başladı, həbs edilənlər var - RƏSMİ
1 iyul 2025 , 14:15
Şirvan kanalında batan 91 yaşlı kişinin meyiti tapıldı - VİDEO - YENİLƏNİB
1 iyul 2025 , 13:53
Yekaterinburqdakı azərbaycanlıların öldürülməsi və işgəncəyə məruz qalmaları ilə bağlı CİNAYƏT İŞİ AÇILDI
1 iyul 2025 , 12:55
Məhkəmə Bakir Səfərovu həbsdə saxlayıb -FOTOLENT -VİDEO
1 iyul 2025 , 12:53