Suraxanıdakı dəhşətli qəzada ölənlərin kimliyi müəyyənləşib – SİYAHI
04 iyun 2014 10:45 (UTC +04:00)

Suraxanıdakı dəhşətli qəzada ölənlərin kimliyi müəyyənləşib – SİYAHI

İyunun 4-nə keçən gecə Bakı şəhərinin Suraxanı rayonunda baş verən yol qəzasında ölənlərin hamısının şəxsiyyəti müəyyənləşib. Bakı şəhər Baş Polis İdarəsindən nLent.az-a verilən məlumata görə, saat 22:50 radələrində Suraxanı rayonu Zığ qəsəbəsi ərazisində Bakı şəhər sakinləri 1973-cü il təvəllüdlü Eyyub Mustafayevin idarə etdiyi «Hyundai» markalı və 1977-ci il təvəllüdlü Ramin İbrahimovun idarə etdiyi «Mercedes» markalı avtomobillər toqquşub. Nəticədə, hər iki sürücü və E.İbrahimovun sərnişini 1986-cı il təvəllüdlü Aqşin Hüseynov hadisə yerində ölüb, digər sərnişini 1973-cü il təvəllüdlü Rza Cəfərov və E.Mustafayevin sərnişini 1987-ci il təvəllüdlü Mehman Abbasov xəsarətlə 3 saylı xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1431
avatar

Nizam Rza

Oxşar yazılar