Suraxanıda xilasedicilər məktəblinin barmağını borudan çıxarıb
07 fevral 2013 15:39 (UTC +04:00)

Suraxanıda xilasedicilər məktəblinin barmağını borudan çıxarıb

Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər məktəbli sağ əl barmağını oturacağın metal borusuna salması və çıxara bilməməsi barədə məlumat daxil olub. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşa müvafiq köməklik göstərilib.

 

Əməliyyat saat 10:43-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 733
avatar

Oxşar yazılar