Bu gün Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kürdəmir rayonu ərazisində Karrar dəmiryol stansiyasının yaxınlığında Sumqayıt şəhərindən Rustavi şəhərinə (Gürcüstana) gedən yük qatarında sızma olması barədə məlumat daxil olub. Lent.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, sisternlərindən birində kimyəvi maddənin (sulfat turşusu) sızması qeydə alınıb. Nazirliyin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.
Hazırda qəzanın nəticələrinin aradan qaldırması istiqamətində müvafiq işlər görülür. Əlavə məlumat veriləcək.