Sumqayıtda dəhşətli qətl: <span style="color:red;">24 yaşlı qızı amansızlıqla öldürdülər
22 yanvar 2016 17:06 (UTC +04:00)

Sumqayıtda dəhşətli qətl: 24 yaşlı qızı amansızlıqla öldürdülər

Bu gün Sumqayıtda qətlə yetirilmiş gənc qızın şəxsiyyəti dəqiqləşdirilib. Lent.az-ın məlumatına görə, Corat qəsəbəsində fərdi yaşayış evində çoxsaylı zərbələrlə qətlə yetirilən gənc qız 1992-ci il təvəllüdlü Salayeva Səbinə Cavanşir qızı olub.

 

Qətlin hansı zəmində, hansı şəraitdə və kim tərəfindən törədilməsi hələlik tam məlum deyil. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.

 

 

*****

 

16:26

 

Bu gün Sumqayıt şəhərində gənc qızın meyiti tapılıb. Lent.az-ın məlumatına görə, Corat qəsəbəsində yaşayan qızın meyiti yaxınları tərəfindən yaşadığı evdə tapılıb. Gənc qızın meyiti qan içində olub.

 

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşlıarı araşdırma aparır. Məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 290

Oxşar yazılar