Söyüş üstündə dostunu bıçaqlayana 6 İL HƏBS
17 mart 2017 12:18 (UTC +04:00)

Söyüş üstündə dostunu bıçaqlayana 6 İL HƏBS

Yeyib-içdikdindən sonra dostunu bıçaqlamaqda təqsirli bilinən Qusar rayon sakini, 1972-ci il təvəllüdlü Fariz Bayrambəyovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə F.Bayrambəyov 6 il müddətə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, Qusar rayonunun Hil kəndi ərazisində, kənd sakini Adil Bədəlov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Polisin apardığı araşdırma nəticəsində hadisənin münaqişə zəminində baş verdiyi məlum olub. Cinayəti törətməkdə şübhəli bilinən Adil Bədəlovun həmkəndlisi Fariz Bayrambəyov tutulub. Müəyyən edilib ki, cinayəti törətməmişdən əvvəl həmkəndlilər yeyib-içiblər. Sonra onların arasında söyüş üstündə mübahisə baş verib. Mübahisə qanlı cinayətlə nəticələnib. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Fariz Bayrambəyov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, küçədə həmkəndlisi Adil Bədəlovla rastlaşıb: “Adil yeyib-içməyi təklif etdi. Mən də onun təklifi ilə razılaşdım. Birlikdə mağazaya getdik. Adil mağazadan bir araq aldı. Birlikdə bizə gəldik. Süfrə açdıq, yeyib-içdik. İçki içəndən sonra Adil atamı söyərək, təhqir etdi. Onun belə hərəkətinə dözmədim. Stolun üstündə olan bıçağı götürərək bir neçə zərbə vurdum”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 100
avatar

Səlcuq Elçin

Oxşar yazılar