<b>Bir həftədə 4 nəfəri ilan sancıb</b>
07 iyul 2018 12:17 (UTC +04:00)

Bir həftədə 4 nəfəri ilan sancıb

Son bir həftə ərzində 4 nəfər ilan sancma ilə bağlı bizə müraciət edib.

 

Bunu lent.az-a açıqlamasında Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. Azər Maqsudovun sözlərinə görə, ilan sancma ilə bağlı ölüm faktı qeydə alınmayıb:

 

“İlan sancan şəxslərin vəziyyətləri stabildir. İlan sancanlardan 2 nəfəri artıq evə yazmışıq. Digər 2 nəfərin müalicəsi isə davam etdirilir. Hələ 2-3 gün burada qalacaqlar. İlan sancma ilə bağlı müraciət edənlərdən biri Qəbələdən, digərləri isə Bakıətrafı bölgələrdəndir. Qəbələdən gətirilən şəxs xanım, digərləri isə kişidir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 302
avatar

Tural TURAN

Oxşar yazılar