Şirvanda "QAZ-24" 27 yaşlı qadını vurdu
06 oktyabr 2015 22:46 (UTC +04:00)

Şirvanda "QAZ-24" 27 yaşlı qadını vurdu

0

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə axşam saatlarında Şirvan şəhərinin H.Əliyev adına prospektə baş verib. Şirvan sakini, 1979-cu il təvəllüdlü Hüseynov Anar Əlimərdan oğlunun idarə etdiyi QAZ-24 markalı 10 LM 255 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Sabirabad rayonu Nizami kənd sakini, 1988-ci il təvəllüdlü Hüseynova Aygün Rövşən qızını vurub. Nəticədə sonuncu ağır bədən xəsarətləri-çanaq sümüyünün sınığı diaqnozu ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 195

Oxşar yazılar