GÜNÜN ŞƏRHİ
Rusiyanın iqtisadi böhranın nəticələrini neytrallaşdırması Qərbi bu ölkə ilə münasibətləri yenidən nəzərdən keçirməyə məcbur edir. Kremlə qarşı əsas silah hesab olunan süni maliyyə böhranı və neftin qiymətlərinin ucuzlaşdırılması artıq əvvəlki effektini vermir, üstəlik Moskva xarici siyasət kursunun bütün istiqamətlərində rəqiblərini üstələməyə müvəffəq olub. Avrasiya İqtisadi Birliyi genişlənir, Ukraynanın müqavimət gücü azalır, Avropanın Kiyevə dəstək imkanları azalır, Yaxın Şərqdə İranın təsir imkanlarının artması ilə paralel olaraq Rusiyanın da imkanları artır, Asiya regionunda Çin və Hindistanla iqtisadi və hərbi münasibətləri inkişaf etdirməklə NATO-ya alternativ alyansın yaradılmasını əsasları yaradılır. NATO-nun “Rusiyanı düşmən qismində görmürük” kişi ehtiyatlı yanaşması bundan irəli gəlir. Bu yanaşma həm də təkqütblü dünya düzəni layihəsinin iflasa uğraması deməkdir. Rusiyanın artan təsir imkanlarına qarşı Qərbin ata biləcəyi iki addım var – birincisi, qarşıdurmanı daha da dərinləşdirmək, ikincisi, qarşındakı qüvvəni olduğu kimi qəbul etmək, Rusiyaya balanslaşdırıcı qüvvə kimi baxmaq. Birinci addımın Qərb üçün mənfi tərəfləri çoxdur, ən neqativ məqam isə qarşıdurmanı dərinləşdirmək üçün iqtisadi gücün yetərsizliyidir. Dünyada iqtisadi böhran davam edir, bu durumda Rusiyaya qarşı iqtisadi təsir üsullarını davam etdirmək Qərbə sərf etmir. Bu səbəbdən Qərb Rusiya ilə münasibətləri normallaşdırmağa ciddi ehtiyac duyur...
Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 25 May
116