Şəmkirdə güclü yanğın olub
07 iyul 2018 20:03 (UTC +04:00)

Şəmkirdə güclü yanğın olub

Şəmkirdə meşə massivinə yaxın ərazidə güclü yanğın baş verib. APA-nın qərb bürosunun məlumatına görə, yanğın rayonun Şiştəpə kəndindən başlayaraq Şəmkir –Gədəbəy avtomobil  yolunun Yasamal aşırımına kimi ərazini əhatə edib.

 

FHN-in Şəmkir rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, ərazidə quru ot və kol-kos yanır.

 

Alovun yaxınlıqdakı meşə massivinə keçməməsi üçün Tovuz, Gədəbəy və Şəmkirdən də yanğınsöndürmə briqadaları cəlb olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 340
avatar

Oxşar yazılar