Fevralın 12-də Salyan rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, rayonun Qaraçala kənd sakini Əlifağa Əliyev evində elektrik sobası ilə ehtiyatsız davrandığından yanıq xəsarəti alıb. Xəstəxanaya yerləşdirilmiş Ə.Əliyev orada ölüb.
Faktla əlaqədar araşdırma aparılır.