Şabrandakı yanğın söndürüldü - YENİLƏNİB
01 iyul 2018 19:02 (UTC +04:00)

Şabrandakı yanğın söndürüldü - YENİLƏNİB

Bu gün saat 14 radələrində Bakı-Quba yolunun Şabran rayonundan keçən hissəsində, Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin meşə fondu ərazisində başlamış yanğın söndürülüb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanğın Şabran meşəbəyliyinin Pirəbədil meşə sahəsinin 14 saylı meşə dolayının 3 hektara yaxın ərazisini əhatə edib.

 

Yanğın nəticəsində quru ot örtüyü yanıb. Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

 

 

ETSN vətəndaşlardan xahiş edir ki, yay  mövsümündə təbiətdə olarkən odla ehtiyatlı davransın, yanğın təhlükəsizliyi normalarına riayət etsin.

 

 

 

xxxxx

 

 

15:20

 

 

Bu gün saat 14 radələrində Bakı-Quba yolunun Şabran rayonundan keçən hissəsində, bələdiyyə torpağında quru ot örtüyündə başlamış yanğın sonradan Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin yol kənarındakı meşə sahəsinə keçib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN-nin və FHN-nin Şabran rayon Yanğından Mühafizə Dəstəsinin əməkdaşları cəlb edilib.

 

Hazırda yanğının söndürülməsi üçün operativ tədbirlər görülür.

 

 

ETSN təəssüflə bildirir ki, bəzi vətəndaşların ehtiyatsızlığı və məsuliyyətsizliyi nəticəsində meşə zolağına od düşür, bəzən qarşısı alınmaz yanğınlar törənir. Nazirlik belə halların baş verməməsi üçün vətəndaşları havaların isti keçməsi ilə əlaqədar odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi normalarına riayət etməyə çağırır.

 

 

 

 

xxxxxxx

 

 

Şabran rayonu ərazisində güclü yanğın başlayıb.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Taxtalar və Dəvəçi kəndləri ərazisində biçilmiş, eləcə də biçilməmiş taxıl zəmilərində qeydə alınan yanğın güclü külək nəticəsində geniş əraziyə yayılıb.

 

Hadisə yerinə Şabran, Quba, Xaçmaz və Siyəzən Dövlət Yanğında Mühafizə hissələrinin  canlı qüvvəsi və texnikası cəlb olunub. 

 

 

Yanğının söndürülməsi üçün işlər aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 391
avatar

APA Baycan

Oxşar yazılar