Sabah Bakının bəzi küçə və prospektləri bağlı olacaq - SİYAHI
11 dekabr 2014 19:24 (UTC +04:00)

Sabah Bakının bəzi küçə və prospektləri bağlı olacaq - SİYAHI

Sabah Bakının əsas küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

 

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, Heydər Əliyevin anım mərasiminə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədi ilə dekabrın 12-də səhər saat 08.00-dan başlayaraq Fəxri xiyabandan Parlament prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

 

Ziyarət başa çatanadək Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektlərinin kəsişməsində, Mikayıl  Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi - Teleteatrın binası yanından, eyni zamanda Milli Məclisin arxasından Parlament prospekti istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək.

 

V. Əsədov  sürücüləri qeyd olunan istiqamətlərdə nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 119
avatar

Oxşar yazılar