Saatlıda 18 yaşlı qız ov tüfəngi ilə özünü yaraladı
30 dekabr 2015 23:19 (UTC +04:00)

Saatlıda 18 yaşlı qız ov tüfəngi ilə özünü yaraladı

Saatlıda 18 yaşlı qız ehtiyatsızlıqdan tüfəngdən açılan atəşlə  özünü yaralayıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Saatlı rayonunun Azadakənd kənd sakini, 1997-ci il təvəllüdlü Könül Balaşirin qızı Rəhmanova yaşadığı evdə ov tüfəngindən açılan atəşlə özünü yaralayıb.

 

Ov tüfəngi ilə ehtiyatsız davranan 18 yaşlı qız aldığı güllə yarasından Saatlı rayon xəstəxanasında əməliyyat olunub. Hazırda onun vəziyyəti orta ağırdır. Evdən “TOZ-63” markalı tüfəng götürülüb. Hadisənin intihara cəhd və ya ehtiyatsızlıqdan baş verməsi istintaq tərəfindən araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 208
avatar

Oxşar yazılar