Rusiyada kütləvi davada qətlə yetirilən soydaşımız dəfn edildi
23 iyun 2016 12:10 (UTC +04:00)

Rusiyada kütləvi davada qətlə yetirilən soydaşımız dəfn edildi

0

Rusiyanın Sankt-Peterburq şəhərində kütləvi dava zamanı qətlə yetirilmiş Azərbaycan vətəndaşı, 43 yaşlı Maarif İsmayılov Lənkəran rayonunun Boladi kəndində dəfn edilib.

 

APA-nın cənub bürosunun məlumatına görə, dəfn mərasimində mərhumun yaxınları ilə yanaşı, yerli sakinlər də iştirak ediblər.

 

Qeyd edək ki, iyunun 20-də Sankt-Peterburqda Sofiyski tərəvəz bazasında 100-200 nəfərin iştirakı ilə kütləvi dava olub. Azərbaycan vətəndaşı, 27 yaşlı Emil  Hüseynov həmyerlisi, 43 yaşlı Maarif İsmayılovu tapançadan açdığı atəşlə qətlə yetirib. E. Hüseynov qaçmaq istəyərkən ticarətçilər tərəfindən yaxalanıb. O, M. İsmayılovu sifarişlə öldürdüyünü, ona 10 milyon rubl (238 min manat) vəd olunduğunu bildirib.

 

E. Hüseynov ticarətçilər tərəfindən döyüldüyü zaman xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 358

Oxşar yazılar