Moskvada tanınmış “qanuni oğru”, “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşov saxlanılıb. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Kalaşov sui-qəsdə sifarişdə şübhəli bilinir.
Paytaxt polisi “Şakro”nu “Belarusski” dəmiryolu vağzalı yaxınlığındakı restoranlardan birində həbs edib. Bu gün ona rəsmi ittiham irəli sürüləcək. Xatırladaq ki, MDB məkanının ən nüfuzlu “qanuni oğruları”ndan sayılan Kalaşov “Ded Xasan”ın ölümündən sonra onun varisi sayılırdı.
Kalaşov həm də azərbaycanlı qanuni oğru Rövşən Lənkəranskinin qan düşməni hesab edilir.