Polis rəisi Hadi Rəcəblinin adı çəkilən hadisədən danışdı
06 aprel 2015 12:22 (UTC +04:00)

Polis rəisi Hadi Rəcəblinin adı çəkilən hadisədən danışdı

 

 

Lənkəranda quldurluq hadisəsi törədən qrupun daha iki üzvü tutulub. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) rəisi Möhübbət Hüseynovun APA-ya verdiyi məlumata görə, martın 29-da Lənkəran şəhərində 4 naməlum şəxs Şamaxı rayon sakinləri Cəsarət Əmrahovu və Ruslan Mirzəyevi döyərək onlardan 1400 manat pul alıb.

 

ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 29-da hadisəni törətməkdə şübhəli bilinən Lənkəranın Aşağı Nüvədi kənd sakinləri Şamxal Bağırov və Famil Babazadə tutulublar. Polis rəisi bildirib ki, Lənkəran rayonu ərazisində mart ayının 31-də keçirilən əməliyyat zamanı hadisədə iştirak edən digər iki nəfər - Ələsgər Rahim oğlu Həsənzadə və Seyidağa Böyükağa oğlu da yaxalanıb.

 

M. Hüseynov bəzi KİV-də həmin şəxslərin saxlandığı “Palıdlı Sahil” restoranının deputat Hadi Rəcəbliyə məxsus olması barədə yayılan məlumatları da təkzib edib.Polis rəisi onu da əlavə edib ki, nə bu işlə bağlı, nə də əvvəllər Hadi Rəcəbli ona müraciət etməyib və bu məsələ ilə də heç bir formada maraqlanmayıb. 

 

 

Qeyd edək ki, APA məlum hadisə ilə bağlı martın 30-da Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat yayıb.Məlumata əsasən, martın 29-da Lənkəran şəhərində şəxsiyyəti məlum olmayan 4 nəfər Şamaxı rayon sakinləri Cəsarət Əmrahovu və Ruslan Mirzəyevi zorla “Chevrolet” markalı avtomobilə oturdub Aşağı Nüvədi kəndinə apararaq döyüb və bıçaqla hədələyərək onlardan 1400 manat alıb.

 

Keçirilən əməliyyat nəticəsində hadisəni törədənlərdən Aşağı Nüvədi kənd sakinləri Şamxal Bağırov və Famil Babazadə tutulublar.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 189

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15