Rəhim Rəhimli Faiq Ağayevin qarşısında geri çəkildi
11 iyun 2014 10:39 (UTC +04:00)

Rəhim Rəhimli Faiq Ağayevin qarşısında geri çəkildi

0

Müğənni Rəhim Rəhimli xalq artisti Faiq Ağayevlə arasında olan qalmaqala aydınlıq gətirib. Lent.az-ın məlumatına görə, R.Rəhimli bu məsələyə sosial şəbəkədə son qoymaq istəyib: “Maqazin proqramlarının birində verdiyim açıqlama heç bir təhqir daşımadığı halda dəyərli və möhtərəm xalq artistimiz Faiq Ağayev bunu belə qəbul edib. Hörmətli media mənsubları, ilk əvvəl nəzərinizə çatdırım ki, mən özümdən yaşca və sənətcə böyük olan birini təhqir edəcək mədəniyyətə sahib deyiləm. Dediyim sözlər də Faiq Ağayevin “Facebook” səhifəsində paylaşdığı fikirlərə əsaslanıb. Təəccübləndiyim məqam odur ki, Faiq bəyin düşüncəsini heç bir təhrifə məruz qoymadan təkrarlamağım niyə yanlış anlaşılıb? Nə xoş təsadüf ki, onun o gün oxuduğum statusu mənim yeni mahnımla həmfikirdir. Xalq artistinin fikrindən olduğu kimi istifadə etmişəmsə, mahnımla əlaqələndirmişəmsə, bunun arxasında niyə bədniyyət fikirlər dayanmalıdır? Müsahibəmdə də bildirdiyim kimi acizanə düşüncəm odur ki, hələ də uğurları təkrarlana bilməyən xalq artistimiz Faiq Ağayevdir. O, gənc yaşda əməkdar, xalq artisti adını almış heç bir rəqibi olmayan sənət adamıdır. Onunla dostluğumuz, işbirliyimiz olub. Bir-birimizi ayıq başla da, dost məclislərində də tanımışıq. Bu qədər şeydən sonra bir-birimizin dediklərində təhqir axtarmaq lazım deyil. Bu olsa-olsa dost fikri ola bilər ki, buna da Faiq bəyin ehtiyacı yoxdur. Məsələn, mən arzu edirəm ki, yeni mahnıma fikir bildirsin. Bu məni daha çox məmnun edərdi”.

Qeyd edək ki, Rəhim Rəhimli "10-lar" verilişində F.Ağayev haqqında bu sözləri demişdi.  "Faiq Ağayev məndən illər öncə səhnədədir. Zamanında konsertlər verib, əməkdar, xalq artistidir. Sənətdə hər istədiyinə nail olub. İndi o rəqabətə can atmır. Heç kimlə bəhsə girmir. Bu yaxınlarda özü də dedi ki, artıq mənim zamanım deyil. Mən də elə düşünürəm ki, artıq Faiq Ağayevin zamanı deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1201

Oxşar yazılar