Rəfiqəsini kapron corabla boğub öldürən qadının cəzası dəyişmədi
31 iyul 2015 10:34 (UTC +04:00)

Rəfiqəsini kapron corabla boğub öldürən qadının cəzası dəyişmədi

 

Bakı Apellyasiya Məhkəməsində rəfiqəsini öldürməkdə təqsirləndirilən 1966-cı il təvəllüdlü Sevinc Hüseynovanın birinci instasiya  məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb. Lent.az-ın məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Sevinc Hüseynovanın apelyasiya şikayəti təmin edilməyib.

 

İttiham aktına əsasən, ötən il martın 29-da Sevinc Hüseynova Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, 6 mənzil 32-də yaşayan rəfiqəsi, 1971-ci il təvəllüdlü Yasəmən Salıyevanı kapron corabla boğaraq öldürüb və hadisə yerindən qaçıb. Səhəri gün Sevinc Hüseynova könüllü olaraq Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinə gələrək təslim olub, dərhal sonra istintaq-əməliyyat qrupu deyilən ünvana gedərək, meyiti aşkar ediblər və hadisə yerinin müayinəsini aparıblar. Təyin olunmuş məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Yasəmən Salıyevanın ölümünə mexaniki asfiksiya səbəb olub. İstintaqın gediş atın da dindirilən şahidlərin ifadələrindən mərhumun Qarabağ müharibəsi iştirakçısı olması məlum olub, 3-cü qrup əlil olan Yasəmən fərdi qaydada taksi xidməti ilə məşğul olub. İş üzrə dindirilən Sevinc Hüseynova bildirib ki, həmin gün o rəfiqəsinin evində olarkən, təxminən axşam saat 23 radələrində aralarında şəxsi münasibətlər zəminində mübahisə başlayıb, ilk olaraq Yasəmən başı ilə onun sifət nahiyəsinə zərbə endirib, Sevinc onu itələdikdə, sonuncu yıxılaraq, başı ilə şkafa dəyib. Sonra Sevinc Hüseynova əlinə keçən corabla Yasəmən Salıyevanı boğub və etdiyi əməldən qorxaraq, evi tərk edib.

Sevinc Hüseynova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən narazı qalan Sevinc Hüseynova cəzasının azaldılması üçün apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 158
avatar

Səlcuq Elçin

Oxşar yazılar