Quldurluqda ittiham edilən dəstə üzvlərinə AĞIR CƏZA
20 oktyabr 2016 12:09 (UTC +04:00)

Quldurluqda ittiham edilən dəstə üzvlərinə AĞIR CƏZA

Quldurluqda, hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən dəstə üzvləri - Hikmət İsgəndərov, Qafar Bağırbəyov, Rauf Əlimuxtarov və İbadulla Əlimuxtarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Hikmət İsgəndərov 9 il, Qafar Bağırbəyov 10 il, Rauf Əlimuxtarov 1 il 3 ay və İbadulla Əlimuxtarov 1 il müddətinə azadlıqdan məhrum edilib.

 

Xarıladaq ki, ötən proses dövlət ittihamçısı çıxışında Hikmət İsgəndərovun 10 il, Qafar Bağırbəyovun 12 il, Rauf Əlimuxtarov və İbadulla Əlimuxatrovun isə hər birinin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prosesdə vəkillər müdafiə çıxışı edib.

 

Qeyd edək ki, hadisə bu il Yasamalda baş verib. Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı dəstə üzvləri Hikmət İsgəndərov, Qafar Bağırbəyov, Rauf və İbadulla Əlimuxtarov qardaşları saxlanılıblar. İlkin ifadələrində dəstənin başçısı əvvəllər məhkum olunmuş, Yasamal rayon sakini 18 yaşlı Hikmət İsgəndərov Mahmud Bədəlov hədələməklə soyğunçuluq edib. Dəstə üzvləri dindirilmə zamanı Yasamal rayonu, Şərifzadə küçəs ində avtobus sürücüsü və köməkçisini döyərək ağır bədən xəsarətlərini yetirdiklərini də etiraf ediblər. Bundan başqa onlar Orucov Şamxal İbrahim oğlundan ona məxsus mobil telefonu dələduzluq edərək götürüblər. Hikmət İsgəndərovun telefonuna baxış keçirərkən onun cinayət əməllərini mobil telefonuna çəkdiyi də məlum olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 133
avatar

Səlcuq Elçin

Oxşar yazılar